Bakının bəzi çimərlikləri istirahət üçün yararlı deyil. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Dəniz sularında keçirilən monitorinq nəticəsində məlum olub ki, Şıx, Sahil, Hövsan, Xəzər və Türkan çimərliklərinin dəniz suyunda bakterioloji çirklənmələr davam edir.
Məsələ ilə bağlı müvafiq addımların atılması nəzərdə tutulub.