“Xəstə Həsən Zeynallını (Kür) bu gün reanimasiya şöbəsindən palataya köçürmüşük”.
Bu barədə apa.az-a Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
O qeyd edib ki, Həsən Kürün vəziyyəti hazırda stabildir: "Kompüter tomoqrafiyasından keçirdik. Beynində vəziyyət tədricən yaxşılaşır, qan sovrulur. Neyrocərrahın rəyinə əsasən, əməliyyata girə bilər”.