Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunda hərəkətə məhdudiyyət qoyulacaq.
Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, 3-cü km-də (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 6 sentyabr saat 22:00-dan etibarən qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Qeyd olunur ki, yol tam bağlanmır. Sürücülərdən diqqətli olmaları xahiş olunur.