Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda hərəkətə məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sözügedən avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar 22:00-dan sabah saat 01:00-a qədər avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
"Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.