Hava limanı ekspres avtobus marşrutlarının qrafiki dəyişdirilib. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az aeroporta istinadən xəbər verir.
Hava limanı - “Koroğlu” m/s - “28 may” m/s marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” avtobuslarının intervalı 30 dəqiqəyə endirilib. Bundan əlavə, avtobuslar gecə saat 01:00-a qədər işləyəcək.
Daha öncə sərnişindaşımaların intervalı 1 saat idi və avtobuslar 00:00-a qədər fəaliyyət göstərirdi.