Heydər Əliyev adına Hava limanında fotoqraflar üçün təşkil olunacaq tur ertələnib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Hava şəraiti ilə əlaqədar spottinq 14 may tarixinə keçirilib. İştirak etmək istəyənlər üçün müraciət davam edəcək.
Hazırda Hava Limanında fototur üçün 200-dən çox müraсiət daxil olub.
Bundan əvvəl, 22 aprel tarixində AZAL peşəkar və həvəskar fotoqraflar, eləcə də təyyarə və ümumilikdə mülki aviasiya həvəskarları üçün tur təşkil edəcəyi barədə məlumat vermişdir.