Bakıda hava şəraiti dəyişəcək. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
21 yanvar axşam saatlarından etibarən 24 yanvar səhər saatlarına qədər küləyin sürətinin 30 m/s-yə qədər qalxacağı gözlənilir. Fasilələrlə yağış olacaq, arabir sulu qar yağacağı ehtimal olunur.
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək.