Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalında iyunun 20-dən beynəlxalq reyslər yerinə yetiriləcək. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az AZAL-a istinadən məlumat verir.
Aviaşirkətlərin və istiqamətlərin siyahısı:
- “Buta Airways” – İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;
- “Israir Airlines” – Təl-Əviv;
- “Wizz Air” – Budapeşt, Roma, Əbu-Dabi.
Bu barədə sərnişinlərə əlavə məlumat veriləcək.