Heydər Əliyev prospektində hərəkətə məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Prospektin Beynəlxalq Hava Limanı istiqamətində, limanın qarşısında istiqamətverici lövhələr quraşdırılacaq. Bu səbəbdən bu gün saat 22:00-dan etibarən saat 05:00-a qədər həmin ərazidə hərəkətə qismən məhdudiyyət qoyulacaq.
Həmin yerdən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.