Bakının Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması səbəbindən hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
İşlər prospektin 26.4-cü km-də bu gün saat 22:00-dan səhər 05:00-dək davam edəcək. Təmir zamanı işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.