Paytaxtda daha bir yol müvəqqəti bağlanacaq. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Heydər Əliyev prospektinin şəhər istiqamətli yan yolunda, ARDNŞ-nin inzibati binasının qarşısında aparılacaq təmir işləri ilə əlaqədar sözügedən yol bağlanacaq. Məhdudiyyət 21 aprel saat 09:00-dan 16:00-a qədər davam edəcək.
Həmin ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.