top
Şəhid atası: “Dönüb gördüm ki, oğlum ağ atın üstündədir, əlində də...” - MÜSAHİBƏ
27 sentyabr 2024, 02:00
- ↺ +

Şəhid atası: “Dönüb gördüm ki, oğlum ağ atın üstündədir, əlində də...” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mən onu bir dəfə yuxuda gördüm, yaşıl geyimdə idi...”

Xaliq adı, yaradan və quran mənasını daşıyır. 19 yaşı olmasına baxmayaraq, Xaliq Hüseynov 44 günlük Vətən Müharibəsində göstərdiyi cəsarət və qorxmazlıqla qəlblərdə əbədi taxt qurmağı bacardı. Düşmənə qarşı mərdliklə mübarizə aparan Xaliq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəldi.

O, 2001-ci il sentyabrın 20-də Bakı şəhəri, Nardaran qəsəbəsində anadan olub.  295 saylı tam orta məktəbdə 9 illik təhsil alıb. Daha sonra təhsilini 13 saylı Bakı Peşə məktəbində davam etdirib. Eyni zamanda cüdo, kikboksinqlə məşğul olub.

Müharibə başlayanda Xaliq  cəmi 9 ay idi ki, hərbi xidmətdə idi. Günaşırı valideynləri ilə danışır, hal-əhval tutur, onları nigaran qoymamaq üçün hər şeyin yolunda getdiyini deyir. Ta ki, oktyabrın 15-nə kimi...

Atası Kamil Hüseynov deyir ki, axırıncı danışıqları da elə həmin gün saat 4-də olub. Bundan sonra oğlunun səsini bir daha eşitməyib.

“Sənət öyrənirdi. Bir müddət usta yanında şagird kimi işlədi. Əsgərlik vaxtı çatanda isə dedi ki, gedirəm hərbi xidmətə, gələndən sonra davam edərəm. 2019-cu ildə hərbi xidmətə yola saldım. Müharibə başlayanda 9 ayın əsgəri idi. Oğlumla axırıncı dəfə oktyabrın 15-də saat 4-də  danışmışıq. Biz zəng edib vəziyyətini soruşduq. Bilirdik müharibə gedir, bizdən gizlədirdi, heç nə demirdi. Həmişə mənimlə danışırdı. Anası ilə heç danışmırdı, bilirdi ki, nigaran qalacaq. Deyirdi anamdan və evdəkilərdən muğayat ol. Ayın 16-da mənə xəbər gəldi ki, oğlunuz Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Həmişə deyirdi ki, hər şey yaxşı olacaq, torpaqları biz qorumasaq, kim qoruyacaq”.

Atası deyir ki, Xaliq uşaqlıqda çox nadinc və qorxmaz olub.

“Çox dəcəl idi. Qorxmayan uşaq idi. Heç nədən qorxmurdu. Pul qazanan uşaq idi, pulunun qədrini bilirdi. Həmişə imkansız şəxslərə əl tuturdu. İstəyirdi hamıya kömək eləsin”.

Atasının sözlərinə görə yuxuda oğlunu ağ atın üstündə görüb. Ona nigaran qalmamağı deyib:

“Tez-tez yuxuma gəlir. Amma mən onu bir dəfə yuxuda yaşıl geyimdə gördüm. Ağ rəngdə atın üstündə idi. Atın səsi gəlir və mən arxaya dönüb baxanda gördüm ki, Xaliq əlini qaldırıb və əlində yaşıl bayraq... İmam Hüseynin bayrağı. Dedi, ata, məndən nigaran qalma, yerim yaxşıdır. Anası da yuxuda görür, amma heç nə danışmır, kövrəlir. Həmişə deyirdi ki, kaş  Qarabağ qayıdardı, biz də gedib o yerləri görərdik. Bu Allahın yazısıdır. Yazı pozulmaz heç vaxt. Müharibə də itkisiz olmaz. Vətən sağ olsun”.

Qeyd edək ki, Xaliq Hüseynov  “Suqovuşanın azad olmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər