Paytaxtın Binəqədi rayonu sakini 18 yaşlı Amin Rasim oğlu Qəfərli şəhid olub.
O, 12 sentyabr axşam saatlarından 13 sentyabr səhər saatlarına qədər Ermənistan silahlı birləşmələri tərəfindən törədilən təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Müdafiə Nazirliyi 15 sentyabr tarixində daha 21 şəhidin adını açıqlayıb. Təxribat nəticəsində şəhid olanların sayı 71 nəfərə çatıb.