Şəhid sayılan Azərbaycan hərbçisi sağ tapıldı. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
28 yaşlı xüsusi təyinatlı zabit Rəsul Ağayev antiterror tədbirləri zamanı şəhid olduğu hesab olunurdu. Onun ailəsinə bu haqda məlumat da verilmişdir.
3 gün sonra Azərbaycan ordusunun zabiti sağ tapılıb. O, sağ ayağından güllə yarası alıb.
R.Ağayevin ailəsi Salyan rayonunun Babazanlı yaşayış massivində yaşayır, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır. Zabitin 2 qızı var.