Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev tutduğu vəzifədən azad edilib. Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
Dövlət başçısının digər Sərəncamı ilə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.
[caption id="attachment_92925" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]