Bakıda hipermarketdə adam güllələyən dəstənin məhkəməsi başlayıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub. Azər Məmmədovun, Dəyanət Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və Rövşən İsmayılovun işləri üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cari ilin 4 mart tarixində bir qrup şəxs Xətai rayonunda yerləşən “Bravo” hipermarketinə daxil olaraq 1 nəfəri öldürüb, 1 nəfəri isə yaralayaraq bankomatdan pul oğurlayıblar.