Bakıda hipermarketə hücum edənlərə cəza istənilib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Prokuror Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə iş istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Azər Məmmədovun 20 il, Dəyanət Qüdrətovun ömürlük, İbrahim İbrahimovun 20 il, Səbuhi Qurbanovun 20 il, Babək İsgəndərovun 6 il, Rövşən İsmayılovun isə 7 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmənin növbəti iclası 3 iyul tarixinə təyin olunub.