Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində ağacların dibi asfaltlanıb. Nəticəsində, biri quruyub. Bu haqda Oxu.az 17 oktyabr tarixində məlumat yayıb.
Həmin ağaclar restoranlarının birinin qarşısında əkilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayindəsinin sözlərinə görə, ərazidə müvafiq tədbirlər görülüb, ağaclara qulluq göstərilib.
Daha öncə,15 oktyabr tarixində paytaxtın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində ağacların dibləri asfaltlanıb.