Bakıda növbəti dəfə əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Dövlət Məşğulluй Agentliyinə istinadən xəbər verir.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Tədbir 14 iyun saat 11:00-13:00 arası keçiriləcək. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 81K (“Yelo Bank”ın baş ofisi).