I Qarabağ müharibəsində itkin düşmüş şəhid torpağa tapşırılıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib. Onunla vida mərasimi Bakının Qaradağ rayonunda keçirilib. Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Abış Məhəmmədov 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşmüşdü.