top
İcazə olmasaydı, heç kim heç yerə gedə bilməzdi - Neftçinin yeni baş məşqçisi
12 dekabr 2025, 14:16
- ↺ +

"İcazə olmasaydı, heç kim heç yerə gedə bilməzdi" - "Neftçi"nin yeni baş məşqçisi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub Tribuna.com saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

– "Neftçi"yə keçidiniz bir çoxları üçün gözlənilməz oldu. Bu komanda barədə nə deyə bilərsiniz?

– Hazırda bunun haqqında danışa bilmərəm, çünki işə tam şəkildə başlamalıyam. Məşqçi komandaya yeni qoşulubsa, nə deyə bilər? Əvvəlcə işləmək, baxmaq, analiz etmək lazımdır, sonra nəticə çıxarmaq olar. Mən indi nə deyə bilərəm ki? Qoy heç olmasa 10 gün keçsin, ondan sonra nəsə demək mümkündür. Bilirsiniz ki, müqavilə imzalamışam. Dediyim kimi, ya 60 yaşım tamam olanda, ya da icazə veriləndə xaricə işləməyə gedə bilərdim. İcazəni aldım.

– Bu icazə barədə daha ətraflı danışa bilərsiniz?

– 2026-cı ildə müqavilə bitənə qədər ölkədən çıxmaq üçün icazə almışam. Sonra mütləq qayıtmalıyam və bunu da edəcəyəm. Əgər daha tez lazım olsa, o zaman daha tez qayıdaram. İcazə yüksək səviyyədə təsdiqlənib. Belə bir icazəni başqa kim verə bilər axı?

– Bəs bu icazəni kim verdi?

– Açığı, bilmirəm. Bildiyim odur ki, icazədə mənim və köməkçilərimin soyadı var.

– "Neftçi"yə keçidinizdən əvvəl "Dinamo"ya gedə biləcəyiniz barədə söz-söhbətlər var idi…

– "Dinamo" barədə mən artıq əvvəllər demişdim ki, bəzi klublar var ki, orada işləyə bilmərəm və açığı, çox da istəmirəm. Mən bunu demişdim. Həm "Dinamo", həm də "Şaxtyor" barədə.

- "Neftçi"də necə olacaq?

- Əlimdən nə gəlirsə, bütün gücümü qoyacağam, necə olacağını isə zaman göstərəcək. Köməkçilərim də eyni şəkildə. Üstəlik, onlar da icazə ilə xaricə çıxıblar. İcazə olmasaydı, heç kim heç yerə gedə bilməzdi.

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər