top
İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir? - FOTO+VİDEO
26 may 2025, 04:06
- +

İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO+VİDEO

Nərimanov Rayon İcra Hakimiyyəti Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib. Hazırda bu ərazidə torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən tikinti işləri aparılır.

Publika.az əməkdaşı məsələyə aydınlıq gətirmək məqsədilə ilə bağlı sözügedən əraziyə yollanıb.

O, müşahidə edib ki, inşa olunan binaların böyük əksəriyyəti yaşayış üçün tam hazır vəziyyətdədir. Hətta tikilinin aşağı mərtəbələrində iaşə obyektləri və mağazalar da fəaliyyət göstərir. Bununla yanaşı, ərazidə daha bir neçə binanın inşası üçün söküntü işləri aparılır.

Ərazidə görülən işlər açıq-aşkar fəallığın və planlı inşaat prosesinin getdiyini göstərir. Sahədə fəhlələr işləyir, texnikalar hərəkətdədir. Hər şey sanki bu ərazidə hər hansı bir mübahisə və ya problem yoxmuş kimi davam edir. Binaların hər biri də torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən inşa edilib.

Ərazini ilk aldıqlarını iddia edən "Star City Construction" şirkəti isə hüquqlarının pozulduğunu bildirir. Onların bildirdiyinə görə, torpaq sahəsini illər əvvəl rəsmi sənədlərlə alıblar və hazırda həmin ərazidə gedən tikinti işləri qanunsuzdur. Şirkət ya həmin torpaq sahəsinin geri qaytarılmasını, ya da bərabər dəyərdə başqa bir ərazinin verilməsini tələb edir.

"Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev də mübahisəli ərazidə imiş. O xatırladıb ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli" çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə ərazidə yerləşən 4,44 ha torpaq sahəsi şirkətin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı şirkətə də ayrılıb:

“Ərazidə tikinti işlərinə başladıqdan sonra məlum oldu ki, həmin torpaq sahəsi daha sonra başqa bir şirkətə də satılıb. İkinci satış 2020-ci ildə, bizim müqaviləmizdən təxminən iki il sonra baş tutub. Bu satış barədə bizə nə əvvəlcədən bildiriş verildi, nə də sonradan hər hansı xəbərdarlıq edildi. Hətta bir neçə müştəri ilə müqavilə bağlayıb evlərin satışına başlamışdıq. Məsələ ilə bağlı məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Ancaq qanuni qüvvəyə minmiş bu qərar bu günə qədər icra olunmur. Hətta Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar da yerinə yetirilmir.”

Hüquqi nümayəndənin sözlərinə görə, şirkət hazırda nəinki tikinti işlərini davam etdirə bilmir, həm də daha əvvəl ev alan müştərilərlə ciddi problemlər yaşayır:“Hətta bizdən ev alan şəxslərə müqaviləni pozmaları üçün “Ailə Park” MTK tərəfindən təzyiqlər də olundu. Hazırda şirkətimizlə müqavilə bağlayıb ev almağı gözləyən insanlar var. Biz sonda alternativ olaraq tələb etdik ki, heç olmasa bizə başqa bir ərazidə torpaq sahəsi ayrılsın. Bu təklifi də müsbət cavablandırmadılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə dəfələrlə etdiyimiz müraciətlərə cavab vermir. Haqqımız olanı tələb edirik. Məhkəmə qərarı icra olunmalıdır”.

Məsələ ilə Nərimanov Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.

Son xəbərlər

Xəbər
Bu gün, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
Dünən, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
Dünən, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Dünən, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Dünən, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Dünən, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Dünən, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Dünən, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
02 sentyabr 2026, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Oxşar xəbərlər