Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakıdan Şabran rayonu istiqamətində olan hissəsində təmir-bərpa işlərinə başlanılır. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
İşlər yolun 52-119.5 km-də hissə-hissə həyata keçiriləcək. İşlərin aparıldığı hissələrdə hərəkət tam məhdudlaşdırılacaq. Təmir işləri aparılan zaman avtonəqliyyatın əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunacaq.