Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün, 12 oktyabr tarixində Bakıya gələcək. Onun günorta saatlarında Bakıda olacağı gözlənilir. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Prezident Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmçinin Tatar Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Şimali Kiprin Mədəniyyət Günləri bakıda oktyabrın 13-14-də baş tutacaq.