top
İntensiv yağışlar kənd təsərrüfatına necə təsir edəcək? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA
18 aprel 2025, 09:00
- ↺ +

İntensiv yağışlar kənd təsərrüfatına necə təsir edəcək? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il intensiv yağışlar çox müşahidə olundu və bir çox yerlərdə sel hadisələri baş verdi. Belə hava şəraiti kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər.

Əgər yağışlar selə və torpağın yuyulmasına səbəb olursa, bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Amma yağış paylanması balanslı olarsa və torpaq suyu lazımi şəkildə sovura bilsə, bu, məhsuldarlıq üçün faydalı ola bilər.

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son 5 il kənd təsərrüfatı üçün ən uğurlu dövr olub:

İntensiv yağışlar kənd təsərrüfatına necə təsir edəcək? – Mütəxəssislərdən ÖZƏL AÇIQLAMA

“Payız əkinindən sonra kifayət qədər yağış da, qar da yağıb. Havalar da iqlim normalarına uyğun keçib. Hazırda Aran  rayonlarında yaz əkinləri aparılır. Bu şəkildə yağıntıların bitki üçün çox yaxşı hal olduğunu düşünürəm. Bitkiçilik sahələri üçün hazırda problem yoxdur. Ölkənin əksər ərazilərində taxıl bitkiləri əkilir ki, onlara da yağış su heç bir problem yaratmadı. Mayalanma dönəmi üçün problemli ola bilərdi. Lakin bu bitkilər mayalanma dönəminə girməyiblər.

Son iki-üç gündəki hava şəraiti bağçılıq təsərrüfatlarına ziyan verə bilər. Bu da əsasən daha çox Aran rayonlarında hiss olunur. Bəzi meyvə ağaclarının çiçəkləmə dövrü o vaxta təsadüf edirsə, onlara həm külək, həm də yağış bir qədər mənfi təsir edə bilər. Bunların xaricində hava şəraitinin kənd təsərrüfatı üçün ciddi fəsadlar yaradacağını düşünmürəm”.

İqtisadçı-ekspert Emin Qəribli isə qeyd edib ki, intensiv yağışların yağması meyvəçiliyə ciddi təsir edə bilər:

“Çünki bəzi ağaclar artıq gül açıb. Onlara mənfi təsir edə bilər. Lakin bəzi rayonlar var ki, havanın yağışlı keçməsinin müsbət təsiri mümkündür. İnetsiv yağışların hər il artdığını müşahidə edirik. Görürük ki, iqlim dəyişib. Yağış suyundan kənd təsərrüfatında çox yaxşı şəkildə istifadə edirlər. Suvarma sisteminin 50 faizi yağış sularının hesabına həyata keçirilir. Həm kənddə, həm də şəhərdə yağış suyunun istifadə olunmasına dair proqram tərtib olunsa, yaxşı olardı. Yağış suları müəyyən yerlərə toplansın, parkların suvarılmasında da istifadə edə bilərik. İqlim dəyişkliyindən istifadə etməliyik.

Yayda bizdə quraqlıq olur. Buna uyğun da adaptasiya aparılmalıdır. Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər