Məlumat verdiyimiz kimi, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində yenidənqurma işləri görülüb.
Qafqazinfo xəbər verir ki, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb, küçələrdə yeni kanalizasiya xətləri çəkilib, bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib. Təmir-bərpa işləri görülsə də, qəsəbənin tarixi və özünəməxsus memarlığı qorunub. Orada yerləşən park yenidən qurulub və yaşıllıq sahələri salınıb.
