Bakı gəmiqayırma zavodunda bu gün, 10 sentyabrda neftdaşıyan tanker istismara verildi. Prezident İlham Əliyev istismara verilmə mərasimində iştirak edib.
Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 tondur. Maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa malikdir. Neftdaşıyan gəminin Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.
Tankerin tikintisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il müddətində aparılıb.
[caption id="attachment_6641" align="alignnone" width="696"]
Foto President.az saytı[/caption]
[caption id="attachment_6640" align="alignnone" width="696"]
Foto President.az saytı[/caption]
[caption id="attachment_6639" align="alignnone" width="696"]
Foto President.az saytı[/caption]