Kəlbəcər isiqamətində atışma olub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
21 iyun saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.