Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xəstəxanaya aparılıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Verilən məlumata görə, general bir neçə gün əvvəl infarkt keçirib və xəstəxanaların birinə yerləşdirilib. Həmçinin məlum olub ki, Faiq Tağızadə əməliyyat olunub, ürəyinə stent qoyulub.
Əməliyyatdan sonra o, ambulator şəraitdə müalicə alır.