top
KÜÇƏ MUSİQİÇİSİ: “Turistlər tarı çox sevirlər” – MÜSAHİBƏ - VİDEO
24 sentyabr 2024, 08:00
- ↺ +

KÜÇƏ MUSİQİÇİSİ: “Turistlər tarı çox sevirlər” – MÜSAHİBƏ - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər, demək olar ki, tez-tez şəhərin bir çox yerlərində müxtəlif alətlərdə ifa edən musiqiçilərə rast gəlirik. Küçə musiqisi şəhərlərin canlılığını artıran, insanları bir araya gətirən və gündəlik həyatın bir parçası olan unikal bir mədəniyyətdir.

Küçə musiqisi bir sənətçinin öz istedadını və performansını göstərmək üçün kütləyə hesablanan çıxışın ən sadə üsuludur. Onlar həm də bu yolla qazanc əldə edirlər.

Elə ötən gün Bakının mərkəzi küçələrinin birində milli alətlərdə səsləndirilən musiqilər sanki ruhumu oxşadı. Yol aldım səs gələn tərəfə...

Sakitcə bir müddət həmin musiqiləri dinlədim. İşin yorğunluğundan sonra bu, insana sanki məlhəm kimi gəlir.

Gənc oğlan özünə istirahət verdiyi zaman yaxınlaşıb bir az söhbətləşdim. 18 yaşı var. Həm milli alətimizdə musiqilərimizi təbliğ edir, həm də tələbə kimi pul qazanır.

Bakuplus.az küçə musiqisi ilə məşğul olan İsrayıl Əhmədovla müsahibəni təqdim edir:

- İsrayıl bəy, ilk olaraq sizi tanıyaq.

- 2006-ci il avqustun 16-da Göyçay rayonunda anadan olmuşam. Bakıda təhsil alıram. Şuşa Humanitar Kollecinin III kurs tələbəsiyəm. Sonuncu ilimdir. Tarda instrumental ifaçılıq ixtisası üzrə oxuyuram.

- Musiqiyə marağınız necə yaranıb?

- Uşaq yaşlarımdan musiqiyə marağım var idi. Amma daha çox atam yön verdi. İlk olaraq atam bu sənətə getməyimi tövsiyə etdi. Onun özünün də musiqiyə həvəsi var. Nağarada ifanı bacarır. Lakin öz musiqi aləti yoxdur. Məndə musiqiyə maraq sonradan daha çox artdı. Göyçay musiqi məktəbində 5 il təhsil aldım.

- Bakının fərqli yerlərində ifa edirsiniz, yoxsa təkcə Nizami küçəsində?

- Hazırda Nizami küçəsində fəaliyyət göstərirəm. Sahilə gedən yolda yeraltı keçiddə də ifa etdiyim vaxtlar olub.

- Ətrafdakı sakinlərin sizə münasibəti necədir?

- Bu günə qədər heç kim narazılıq etməyib. Əksinə, hər zaman xoş sözlər eşidirəm. İnsanlar küçə musiqisini müsbət qarşılayırlar.

- Küçə musiqiçiləri üçün ictimai məkanlarda xüsusi yerlər ayrılmalıdır? Yoxsa öz istəyinizə uyğun məkan seçmək sizə daha uyğundur ?

- Xüsusi yerlər ayrıla da bilər. Hər birimiz özümüz üçün məkanlar seçsək daha gözəl olar. Xüsusən də izdihamlı yerlərdə olmalıdır.

- Bəs günlük qazancınız sizi təmin edir? Buradan başqa gəlir yeriniz var?

- Bu günümüzə şükürlər olsun. Başqa yerlərdən də gəlirim var. Bu işin sayəsində qazancım tələbə həyatı üçün normaldır. Lakin tələbə olmayan biri üçün çox çətin olar.

- Standart musiqiləri ifa edirsiniz, yoxsa sifariş edirlər?

- Əsasən standart, öz sevdiyim musiqiləri ifa edirəm. Bəzən sifarişlər də olur. Əgər bacaracağım ifadırsa, sifariş veriləni səsləndirirəm.

- Sizcə küçə musiqisi turistləri cəlb etmək üçün mükəmməl bir vasitə ola bilər?

- Bəli, turistləri cəlb etmək mümkündür. Milli alətimizlə daha çox turist cəlb etmək mümkündür. Onlar tarı çox sevirlər.

- Ailənizin küçədə musiqi ifa etməyinizə münasibəti necədir?

- Normal qarsalayırlar. Hər zaman dəstək olurlar.

- Küçə musiqisini ifa edənlərə nə demək istəyərdiniz?

- Hər birinə uğurlar arzulayıram. Ümid edirəm ki, daha böyük uğurlu işlərə imza atar, sənətdə irəli gedərlər.

[video width="300" height="500" mp4="https://bakuplus.az/storage/photos/2024/09/kjlklj.mp4"][/video]

 

 

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər