Bakı şəhəri ərazisində “Kənddən Şəhərə” yarmarkası davam edir. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada ümumilikdə 50 regionu əhatə edən 82 fermer iştirak edəcək. Onlar 90-dan artıq çeşiddə məhsul təklif edəcəklər. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyətini birbaşa laboratoriyada yoxlaya biləcəklər. Belə ki, məhsulları yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səyyar laboratoriyaları xidmət göstərəcək.
Yarmarka 11-19 mart tarixlərində fasiləsiz olaraq aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
[URIS id=93377]