Bakı şəhəri ərazisində “Kənddən Şəhərə” yarmarkası davam edir. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada ümumilikdə 56 regionu əhatə edən 72 fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə məhsul təklif edəcəklər. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyətini birbaşa laboratoriyada yoxlaya biləcəklər. Belə ki, məhsulları yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səyyar laboratoriyaları xidmət göstərəcək.
Yarmarka 25-26 fevral tarixlərində aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
[URIS id=91740]