Bu gündən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş yalnız nağdsız qaydada həyata keçirilir. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az məlumat verir.
Sürücülər nəqliyyat vasitəsini park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmaya başladıqlarını təsdiqləməlidirlər.
SMS-lə ödəniş etmək istəyənlər avtomobilin dövlət nömrə nişanını, dayanacaq nömrəsini və parkinq yerini qeyd edərək, parkinqin əvvəlində 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülər cərimələnəcəklər.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş rüsumu ödəməmiş və ya parkinq yerindən istifadəyə görə əlavə ödəniş etməyən sürücülər ödənilmiş müddətdən sonra dayanacaqdan çıxdıqda 10 manat məbləğində cərimə edilirlər.
Müəyyən edilmiş parklanma qaydalarına əməl olunması, nəzarətin həyata keçirilməsi məqsədilə prosesə nəzarətçilər, eləcə də nəqliyyat könüllüləri cəlb olunacaqlar.