Bu gün, 1 avqust tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün “AzParking” mobil tətbiqi təqdim edilib. Bu haqda Bakuplus.az AYNA-ya istinadən məlumat verir.
Tətbiq avqustun 7-dən istismara veriləcək və bu tətbiqlə sürücülər boş parklanma yerlərini tapa və ödəniş edə biləcəklər.
Küçədə doluluq 80 faizdən azdırsa, məlumatlar yaşıl rəngdə, 80 faizdən çoxdursa, parkinq yeri qırmızı rəngdə əks olunacaq.
“AzParking” tətbiqini buradan yükləmək mümkündür.