İraqda Kərbəla ziyarətinə gedən azərbaycanlıların ölüm səbəbi məlum olub.
Bakuplus.az Oxu.az-a istinadən xəbər verir ki, Elşən Cəfərov ötən gün ziyarət zamanı ürək çatışmazlığından 48 yaşında dünyasını dəyişib. O, uzun müddətdir ailəsi ilə Bakı şəhərində yaşayırdı.
Rafiq Məhərrəmli isə yaşlı olduğu üçün, eləcə də havanın və yolun təsirindən dünyasını dəyişib.
Onlar öz şəxsi büdcələri hesabına ziyarətə getmişdilər.
Qeyd edək ki, Elşən Cəfərov Kərbəla şəhərində, Rafiq Məhərrəmli isə Nəcəf şəhərində dəfn olunub.