Bakıda yol qəzasında ölənlərdən biri yüksək vəzifədə çalışan şəxs imiş. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
14 oktyabr axşam saatlarında paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş qəza zamanı 3 nəfər vəfat etmişdi. Onlardan biri Dövlət Vergi Xidmətinin Sosial Sığorta işləri üzrə rəis müavini işləmiş 52 yaşlı Cavanşir Saidov olub.
Hadisə zamanı “Mercedes”, “Priora” və “Prius” markalı avtomobillər toqquşub. Nəticədə sərnişin C.Saidov, sürücülər Arzu Nəqiyev və Teymur Məmmədtağıyev ölmüş, sərnişin Könül Muradova isə kəllə-beyin silkələnməsi alımışdı.