İraqın Kərkük şəhərindən Bakıya birbaşa uçuşlar təşkil olunucaq. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun Twitter hesabına istinadən xəbər verir.
Kərkük-Bakı-Kərkük reyslərini "İraq Hava Yolları" aviaşirkəti yerinə yetirəcək. Uçuşlar 2023-cü il avqustun 1-dən həyata keçiriləcək.
Daha öncə məlum olub ki, Bakıdan İraqın Bağdad, Kərkük, Ərbil və Bəsrə şəhərlərinə uçuşlar bərpa olunacaq.