top
Kənd təsərrüfatı məhsulları marketlərdə niyə ikiqat qiymətə satılır? 
30 aprel 2025, 01:47
- ↺ +

Kənd təsərrüfatı məhsulları marketlərdə niyə ikiqat qiymətə satılır? 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Marketlərdə kənd təsərrüfatı məhsulları bazarlardan xeyli baha qiymətə satılır. Bu günlərdə bazarda qiyməti 1.10-1.30 AZN aralığında dəyişən kartof marketlərdə 1.70-2 manata təklif olunur.

Məsələ ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bunun səbəblərinə toxunub.

Onun sözlərinə görə, marketlərdə soğanın, kartofun və digər kənd təsərrüfatı məhsullarının qiymətinin artması təbii görünür:

“Çünki marketlər məhsula əlavə qiymətlər qoyurlar. Ancaq bazarda kartofun, soğanın və digər məhsulların qiyməti aşağıdır”.

Komitə sədri söyləyib ki, əhali alış-veriş üçün daha çox böyük marketlərə üz tutur. O, buna səbəb kimi isə marketlərin vizual olaraq görünüşünün və səliqə-sahmanının müştərilər üçün daha cəlbedici olmasını göstərib:

“Bu səbəbdən sahibkarı da məhsulu niyə baha atdığına görə qınamaq olmur. Hər kəs bilir ki, ölkəmizdə yarmarkalar və digər satış məntəqələri mövcuddur. Fərdi insanlar rayonlardan gətirdiyi kənd təsərrüfatı məhsullarını burada satırlar və doğrusu, mən də burada qiymətlərin yarıbayarı aşağıda olduğuna fikir vermişəm. Dəfələrlə müşahidə etmişəm ki, əgər marketdə doğrudan da qiymət 1.50-2 manatdırsa, orada 0.80-1 manatdır”.

T.Rzayev buna görə də əhalinin öz büdcəsini məhz özünün müəyyən qaydada hesablamalı olduğunu zəruriliyini söyləyib: “Hamı gileylənir ki, filan məhsul niyə marketdə bahadır. Yenə deyirəm, marketə çəkilən xərclər var: buraya onun gətirilməsini, saxlanılmasını və digər məsələləri göstərmək olar. Sahibkarlar bu xərcləri qiymətin üstünə əlavə edirlər deyə, bu da müəyyən qaydada bahalaşmaya səbəb olur”.

Komitə sədrinin sözlərinə görə, digər səbəb isə müəyyən işbazların bazarda qiymətin artırılması üçün təşəbbüs göstərmələridir:

“Yəni məhsulu çox ucuz qiymətə alırlar və baha qiymətə satırlar. Ancaq yenə deyirəm, insanlar da öz büdcələrinin qeydinə qalmalı və hesablamalar aparmalıdırlar. Hara sərfəlidirsə, oradan almalıdırlar. Bəzən bir km və ya 500 metr yol qət etməmək üçün yaxında təmtəraqlı marketdən alış-verişə üstünlük verirlər. Belə olan halda da sahibkarlar da tələbata uyğun olaraq qiymətləri artırırlar”.

Son xəbərlər

Xəbər
Bu gün, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Bu gün, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Oxşar xəbərlər