İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vəzifəsindən ayrılıb. Bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
A.Cəbrayıllı bundan öncə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri olub.