Laçın rayonunun yeni salınmış Zabux kəndinə 91 nəfərdən ibarət daha 25 ailə yola salınıb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Köç karvanı bu gün Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park 3” yaşayış kompleksindən yola düşüb.
Daha öncə, noyabrın 18-də 103 nəfərdən ibarət 25 ailə Zabuxa qayıdıb. Bununla da kənddə 96 ailə və ya 382 nəfər daimi yaşayış yeri ilə təmin olunacaq.