Bakıda avtomobil və ödəniş terminalından oğurluq edilib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Təhməz Dadaşov və qardaşı Misir Dadaşov Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar etməkdə, eləcə də Qaradağ rayonu ərazisində ödəniş terminalını yararaq içərisindən 14.000 manat mənimsəməkdə şübhəli bilinərək saxlaınlıblar.
Onlar barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.