Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən Arif Bəhərçiyevin məhkəməsi başlayıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Proses hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. İlk iclas zamanı təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti iclas mayın 13-də keçiriləcək.
Hadisə Binəqədi rayonunda baş verib. 22 yaşlı Arif Bəhərçiyev sözügedən ərazidə mübahisə zamanı 55 yaşlı Namiq Orucovu və 42 yaşlı Ramil Səfərovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinərək saxlanılıb.
İlkin məlumata görə, Arif öncə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə – xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.