“Təzə Pir” məscidində keçirilən vida mərasimindən sonra Cəmil Fərəcovun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
10:59 - Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov dünyasını dəyişib
Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında dünyasını dəyişib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Fərəcov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Cəmil Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyirdi. Ailəli idi, onun iki övladı və üç nəvəsi var.