Kliniki Tibbi Mərkəzdə zəhərlənənlərlə bağlı açıqlama verilib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib. Xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir. Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Zəhərlənən şəxslərdən 5-i dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.