Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul olunan pasiyentlərin sayı açıqlanıb. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə may ayında zəhərlənmə səbəbi ilə 100 nəfər qəbul edilib. Qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.
Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 kişi, 2 qadın) dünyasını dəyişib.
Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.