Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az xəstəxanaya istinadən xəbər verir.
15-19 iyun tarixlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən şəxslər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir.
Bildirilib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb.