Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olan xəstəxanalar arasında daha bir ilkə imza atıb. Bu haqda BakuPlus.az TƏBİB-in mətbuat xidmətinə istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Mərkəzdə ilk dəfə icbari tibbi sığorta vasitəsilə tam laparoskopik total qastrektomiya əməliyyatı icra edilib.
66 yaşlı vətəndaş üzərində aparılan və 8 saat davam edən cərrahi əməliyyat uğurla başa çatıb.
Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı ağırlaşma müşahidə edilməyib.
Cərrahi əməliyyat keçirən Aybəniz Hüseynovanın sözlərinə görə, diz ağrısının qarşısını almaq üçün istifadə etdiyi dərmanların ağır fəsadları nəticəsində bu vəziyyətə düşüb.
A.Hüseynovanın cərrahi əməliyyatdan sonrakı müalicəsi də bitdiyinə görə evə buraxılıb.