Kliniki Tibbi Mərkəzin daha bir şöbəsi bərpa edilib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az tibb müəssisəsinə istinadən xəbər verir.
Koronavirus infeksiyasının azalması səbəbindən mərkəzin Doğum-Ginekologiya şöbəsinin fəaliyyəti bərpa olunub.
Kliniki Tibbi Mərkəzin II korpusunda yerləşən şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7 tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla, ümumilikdə 88 nəfərdən ibarət tibb personalı xidmət göstərir.