Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi vəzifəsindən ayrılıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az həkimin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Pərviz Hacıyev öz istəyi ilə bu addımı atdığını bildirib.
“Öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam”, - deyə o qeyd edib.
P.Hacıyev etimad göstərdiklərinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.
O, qeyd olunan tibb müəssisəsində 1,5 il müddətində çalışıb.