Azərbaycanın heyəti Ermənistandan Vətənə qayıdır. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub. Avtobusla Tbilisiyə qədər gələn heyətimiz təyyarə ilə Bakıya yola düşəcək. Komandamız 21:20-də vətənə çatacaq.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Ermənistanın törətdiyi təxribatdan sonra komandamız çempionatda iştirakdan imtina edib. Dünən axşam yola düşməli olan heyətimiz təhlükəsizlik bəhanəsi ilə hoteldən buraxılmamışdır.